NBA da daha bir oyun keçirilib

07.11.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 7 noyabr, AZƏRTAC

ABŞ-ın Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm mövsümündə daha bir qarşılaşma keçirilib.

AZƏRTAC xəbər verir ki, “Finiks Sanz” öz meydanında “Los-Anceles Klippers”i 115:102 hesabı ilə məğlub edib.

Ev sahiblərinin heyətində Ceylen Qrin 29, Devin Buker isə 24 xal toplayıb. Qonaqlarda isə İvitsa Zubaç 23 xal və 11 ribaundla dabl-dabla imza atıb.

Bu nəticədən sonra “Finiks Sanz” Qərb Konfransının turnir cədvəlində 9-cu, Los-Anceles təmsilçisi isə 10-cu pillədə yer alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью