NBA da ilin məşqçisi seçildi

07.05.2025

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Basketbol Assosiasiyası (NBA) "ilin ən yaxşı məşqçisi” nominasiyasında qalibin adını açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu ada “Klivlend Kavalyers”in baş məşqçisi Kenni Etkinson layiq görülüb.

58 yaşlı mütəxəssisin rəhbərliyi altında Ohayo təmsilçisi cari mövsümdə 64 qələbə və 18 məğlubiyyətlə müntəzəm çempionanın Şərq Konfransında birinci yeri tutub. O, Bill Fitç və Mayk Braundan sonra bu mükafatı qazanan üçüncü "Kavalyers" məşqçisidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью