NBA: Detroit və Los Anceles klubları seriyada hesabı bərabərləşdiriblər

22.04.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 22 aprel, AZƏRTAC

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) pley-off mərhələsinin növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, ötən gecə iki qarşılaşma təşkil olunub.

İlk matçda səfərdə rəqiblərinə məğlub olan “Detroit Pistons” və “Los-Anceles Klippers” doğma meydanda ümumi hesabı bərabərləşdirib. Detroit təmsilçisi “Nyu-York Niks”ə 100:94, Los-Anceles klubu “Denver Naqqets”ə 105:102 hesabı ilə qalib gəlib.

Pley-off mərhələsinin üçüncü qarşılaşmaları aprelin 25-də təşkil olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью