Icma.az, Idman.biz saytına istinadən bildirir.
Basketbol Şöhrət Zalının üzvü və 11 dəfə Milli Basketbol Assosiasiyasının (NBA) Bütün Ulduzların Oyununun iştirakçısı Allen Ayverson Avstraliyaya son səfəri zamanı xərçəng xəstəsi olan 12 uşaqla görüşdən imtina edib.
İdman.Biz bu barədə “FOX Sports Australia”ya istinadən məlumat verir.
Məlumata görə, Allen bu qərarı, özünün dediyi kimi, “pis gün” keçirdiyi üçün verib. Ayverson ayrı bir otaqda qalıb və ailələrlə görüşməyib. Təhlükəsizlik işçiləri onun əvəzinə üzr istəyiblər.
Ailələrə imzalı basketbol topları, formalar və sual vermək imkanı vəd edilib – amma bunların heç biri olmayıb. Həmçinin iddia edilir ki, bir ailə tədbirdə iştirak etmək üçün altı saatdan çox yol qət edib və günün sonunda uşaqlar “son dərəcə kədərləniblər”.