NBA əfsanəsi Lenni Uilkins 88 yaşında vəfat edib

10.11.2025

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Basketbol aləmi böyük itki ilə üzləşib - NBA-nın əfsanəvi oyunçusu və məşqçisi Lenni Uilkins 88 yaşında dünyasını dəyişib.

İdman.Biz xəbər verir ki, L.Uilkins karyerası ərzində doqquz dəfə NBA Ulduzlar Oyununda iştirak edib və 1979-cu ildə “Sietl Supersoniks” klubunu liqa çempionluğuna daşıyıb.

O, məşqçi kimi 2 487 matça çıxıb - bu göstərici NBA tarixində rekorddur. L.Uilkinsin aktivində 1 332 qələbə var və bu, liqa tarixində üçüncü ən yüksək nəticə hesab olunur.

Lenni Uilkins basketbol üzrə Neysmit Şöhrət Zalına həm oyunçu, həm də məşqçi kimi daxil edilmiş cəmi beş nəfərdən biridir.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью