Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 22 may, AZƏRTAC
Milli Basketbol Assosiasiyasında (NBA) yarımfinal mərhələsinin oyunları start götürüb.
AZƏRTAC xəbər verir ki, günün yeganə qarşılaşmasında "Nyu-York Niks" doğma meydanda "İndiana Peysers"i qəbul edib.
Qonaqlar əlavə vaxtda 138:135 hesabı ilə qələbə qazanıb. Qalib komandanın heyətində Tyrese Haliburton 31 xal və 11 məhsuldar ötürmə ilə dabl-dabl edib. Aaron Nesmit 30, Paskal Siakam 17, Endryu Nembard 15 xal toplayıb. Ev sahiblərində isə 45 xalla Calen Brunson fərqlənib. Karl-Entoni Tauns 35 xal, 12 ribaund, Coş Hart və Anunobi hərəyə 16 xalla yadda qalıb.
Qeyd edək ki, komandalar arasında ikinci oyun mayın 24-də Nyu-Yorkda baş tutacaq.