Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 14 may, AZƏRTAC
Milli Basketbol Assosiasiyasında (NBA) 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, "İndiana Peysers" “Klivlend Kavalyers”lə qarşılaşıb. Görüş birincilərin 114:105 hesablı qələbəsi ilə yekunlaşıb.
Seriyada 4:1 hesabı ilə qalib gələn "İndiana Peysers" yarımfinala vəsiqə qazanıb.
Digər matçda isə “Oklahoma-Siti Tander” “Denver Naqqets”ə 112:105 hesabı ilə qalib gələrək seriyada önə keçib - 3:2.