Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ və Kanadanın ən güclü basketbol liqasını təşkil edən Milli Basketbol Assosiasiyası (NBA) “Los-Anceles Klippers”in Kavay Leonard işi çərçivəsində maaş limitinin mümkün pozulması ilə bağlı araşdırmanı başa çatdırıb.
İdman.Biz ESPN-ə istinadən xəbər verir ki, “Klippers” 2029-2033-cü illər arasında NBA draftının birinci turunda beş seçim hüququndan məhrum edilib. Klubun sahibi Stiv Balmer isə 30 milyon dollar cərimələnib.
Bundan başqa, NBA Balmeri, basketbol əməliyyatları üzrə prezident Lourens Frenki və Cillian Tsukeri vəzifələrindən uzaqlaşdırıb.
Kavay Leonard isə klubun onun dayısı və keçmiş biznes nümayəndəsi Dennis Robertsona verdiyi qanunsuz güzəştlərə görə 700 min dollar ödəməlidir.
Bununla belə, basketbolçunun müqaviləsi ləğv edilməyəcək və onun diskvalifikasiyası nəzərdə tutulmayıb.
İyunda Leonard tərəfindən işdən çıxarılan Robertson isə NBA tərəfindən istənilən biznes əməliyyatında iştirakdan uzaqlaşdırılıb.
Qeyd edək ki, araşdırma təxminən bir il davam edib.