NBA klubunun basketbolçusunun evi qarət edilib

29.12.2024

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Milli Basketbol Assosiasiyası (NBA) təmsilçisi "Dallas"ın sloveniyalı oyunçusu Luka Donçiçin evi oğurlar tərəfindən qarət edilib.

"Report" ESPN-ə istinadən xəbər verir ki, cinayət baş verən zaman evdə heç kim olmayıb.

Basketbolçu artıq polisə müraciət edib. 25 yaşlı idmançıya dəyən ziyan 30 min dollar həcmində qiymətləndirilir.

Qeyd edək ki, L.Donçiç 2023/2024 mövsümündə müntəzəm çempionatın ən məhsuldar oyunçusu olub - 2370 xal. O, həmçinin hər oyuna orta hesabla ən çox xal toplayan (33.9) basketbolçu ünvanına yiyələnib.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью