NBA Kubokunun qalibi müəyyənləşib AZƏRTAC

18.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı,18 dekabr, AZƏRTAC

ABŞ Milli Basketbol Assosiasiyası (NBA) Kubokunun qalibi bəlli olub.

AZƏRTAC xəbər verir ki, finalda “Miluoki Baks” və “Oklahoma-Siti Tander” komandaları qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən görüş birincilərin 97:81 hesablı qələbəsi ilə yekunlaşıb.

Qalib komandanın heyətində Yannis Adetokumbo 26 xal, 19 ribaund ve 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, bunadək NBA Kubokunun son qalibi “Los-Anceles Leykers” olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью