NBA: Lider öz meydanında uduzub

13.02.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 13 fevral, AZƏRTAC

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) daha üç qarşılaşma keçirilib.

AZƏRTAC xəbər verir ki, “Oklahoma Siti Tander” doğma meydanda “Miluoki Baks”a 93:110, “Yuta Caz” isə “Portlend Treyl Bleyzers”ə 119:135 hesabı ilə uduzub.

“Los-Anceles Leykers” isə evdə “Dallas” üzərində qələbə qazanıb - 124:104.

Məğlubiyyətə baxmayaraq, Oklahoma təmsilçisi hələ də Qərb Konfransının turnir cədvəlinə başçılıq edir. Los-Anceles klubu 5-ci, “Portlend Treyl Bleyzers” 9-cu, “Dallas” 12-ci, “Yuta Caz” 13-cüdür. “Miluoki Baks” isə Şərq Konfransında 12-ci pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью