NBA: “Los Anceles Leykers”dən ikinci qələbə

22.04.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 22 aprel, AZƏRTAC

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) pley-off mərhələsinin ikinci oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, “Filadelfiya” “Boston Seltiks”i 111:97, “Portlend Treyl Bleyzers” “San-Antonio Spörs”ü 106:103 hesabı ilə məğlub edərək seriyada tarazlığı bərpa edib – 1:1.

“Los-Anceles Leykers” isə “Hyuston Rokets”i 101:94 hesabı ilə üstələyərək seriyada önə keçib – 2:0.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью