NBA matçı, yoxsa boks döyüşü? İdman və Biz

28.12.2024

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

NBA-da "Maveriks" zədəli Luka Donçiç olmadan səfərdə "Sanz"a 98:89 hesabı ilə qalib gəlib.

İdman.biz xəbər verir ki, oyun üç basketbolçunun qovulması ilə nəticələnən dava ilə yadda qalıb.

Üçüncü hissənin gedişində qaydanı pozan "Sanz"ın mərkəz oyunçusu Yusuf Nurkiç ona etiraz edən "Maveriks"in hücumçusu Naci Marşallın başına əli ilə vurub, rəqib oyunçu da onun üzünə zərbə ilə cavab verib. Marşallın komanda yoldaşı Pi Cey Vaşinqton Nurkiçi itələyərək yerə yıxıb. Mübahisəni böyümədən tez sakitləşdirmək mümkün olub. Sonra hakimlər epizoda baxaraq hər üç oyunçunu meydandan qovmaq qərarına gəliblər.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью