Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 13 may, AZƏRTAC
Milli Basketbol Assosiasiyasında (NBA) 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, “Minnesota” və “Nyu-York Niks” üçüncü qələbələrini qazanaraq seriyada hesabı 3:1 ediblər.
Minnesota klubu səfərdə “Qolden Steyt Uorriors”u 117:110, “Nyu-York Niks” təmsilçisi isə doğma meydanda “Boston Seltiks”i 121:113 hesabı ilə üstələyib.
Komandalar arasında beşinci matçlar mayın 15-də təşkil olunacaq.