Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 15 may, AZƏRTAC
Milli Basketbol Assosiasiyasında (NBA) 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Qərb Konfransında "Minnesota" və "Qolden Steyt" komandaları üz-üzə gəlib. Görüş "Minnesota"nın 121:110 hesablı qələbəsi ilə yekunlaşıb.Beləliklə, seriyada 4:1 hesabı ilə qalib gələn kollektiv yarımfinala vəsiqə qazanıb.
Digər görüşdə isə “Boston Seltiks” “Nyu-York Niks”i məğlub edib - 127:102. Hazırda Nyu-York təmsilçisi seriyada 3:2 hesabı ilə öndədir.
Daha əvvəl "İndiana Peysers" adını yarımfinala yazdırıb.