NBA nınən dəyərli oyunçusuna xüsusi mükafat Oklahoma Sitinin merindən qərar FOTO

23.05.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

NBA-da müntəzəm çempionatın MVP-si seçilən Şay Gilces-Aleksanderə Oklahoma-Siti şəhərinin xüsusi mükafatı verilib.

İdman.biz xəbər verir ki, şəhər meri Devit Holt mayın 22-i tarixini Şay Gilces-Aleksander Günü kimi təsdiqləyib.

Mer sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib: "Oklahoma Siti əhalisi adından sevimli Şay Gilces-Aleksanderı NBA-da müntəzəm çempionatın MVP-si seçilən seçilməsi münasibətilə təbrik edirəm! Şəhərimiz tarixində üçüncü dəfə dünyanın ən böyük basketbolçusunun evinə çevrildi. Şayın tarixi nailiyyətini və onun "Oklahoma Siti Tander"ə verdiyi unikal töhfələri nəzərə alaraq, mayın 22-i tarixini Şay Gilces-Aleksander Günü elan edirəm".

Qeyd edək ki, "Oklahoma Siti Tander" pley off-da Qərb Konfransının finalına yüksəlib və "Minnesota Timbervulvz"la seriyada 2:0 hesabı ilə önə keçib.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью