NBA: Nyu Orleans Pelikans uğursuz seriyaya son qoyub

12.12.2025

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm mövsümündə daha dörd oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, “Hyuston Rokets” “Los Anceles Klippers”i 115:113 hesabı ilə məğlub edib.

“Nyu Orleans Pelikans" “Portlend Treyl Bleyzers”ə 143:120 hesabı ilə qalib gəlib və 7 oyunluq məğlubiyyət seriyasına son qoyub.

“Denver Naqqets” “Sakramento Kinqs”dən (136:105), “Miluoki Baks” isə “Boston Seltiks”dən (116:101) üstün olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью