NBA: “Nyu York Niks” final seriyasına qələbə ilə başlayıb

04.06.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 4 iyun, AZƏRTAC

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) final seriyasının birinci oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Nyu-York Niks” ilk matçda “San-Antonio Spörs”ü 105:95 hesabı ilə məğlub edib.

Qalib komandanın heyətində Ceylen Branson 30 xalla matçın ən məhsuldar basketbolçusu olub. Karl-Entoni Tauns 18 xal və 12 ribaundla “dabl-dabl” edib.

“San-Antonio Spörs”də isə Viktor Vembanyama 26 xal və 12 ribaundla fərqlənərək “dabl-dabl”a imza atıb. Stefon Kasl 17, Culian Şempeni və Dilan Harper isə hərəyə 16 xalla yadda qalıblar.

Qeyd edək ki, komandalar arasında ikinci görüş iyunun 6-da keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью