NBA: “Oklahoma Siti Tander” final seriyasında önə keçib

17.06.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 17 iyun, AZƏRTAC

Milli Basketbol Assosiasiyasında (NBA) final seriyasının beşinci oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “İndiana Peysers” və “Oklahoma-Siti Tander” komandaları üz-üzə gəlib. Matç Oklahoma təmsilçisinin 120:109 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da “Oklahoma-Siti Tander” seriyada 3:2 hesabı ilə önə keçib.

Qeyd edək ki, növbəti görüş iyunun 20-də təşkil olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью