NBA: “Oklahoma Siti Tander” seriyada qələbə sayını üçə çatdırıb

25.04.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 25 aprel, AZƏRTAC

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) pley-off mərhələsinin növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, ötən gecə üç qarşılaşma təşkil olunub.

“Oklahoma-Siti Tander” səfərdə "Memfis Qrizzlis"ə 108:114 hesabı ilə qalib gələrək seriyada qələbə sayını 3-ə çatdırıb. Qalib komandanın bombardiri 31 xal toplayan kanadalı müdafiəçi Şai Qilqeus-Aleksander olub. Ceylen Uilyams 26, Çet Holmqren 24 xalla yadda qalıb. Ev sahiblərinin ən məhsuldar oyunçusu isə 28 xalla Skott Pippen Junior olub.

Matçların nəticələri

"Memfis Qrizzlis" - “Oklahoma-Siti Tander” – 108:114 (seriya 0-3)

“Detroit Pistons” - “Nyu-York Niks” – 116-118 (seriya 1-2)

“Los-Anceles Klippers” - “Denver Naqqets” – 117-83 (seriya 2-1).

Qeyd edək ki, ümumilikdə 4 qələbə qazanan komandanın növbəti raunda vəsiqə qazanacağı seriyanın dördüncü oyunları aprelin 26-da keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью