Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 19 may, AZƏRTAC
Milli Basketbol Assosiasiyasında (NBA) 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Oklahoma-Siti Tander” seriyanın yeddinci matçında “Denver Naqqets”lə qarşılaşıb. Görüş Oklahoma təmsilçisinin 125:93 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da seriyada rəqibinə 4:3 hesabı ilə qalib gələn kollektiv adını yarımfinala yazdırıb.
“Oklahoma-Siti Tander” bu raundda "Minnesota" ilə qarşılaşacaq.