NBA: “Oklahoma Siti Tander” yarımfinalda növbəti qələbəsini qazanıb

23.05.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 23 may, AZƏRTAC

Milli Basketbol Assosiasiyasında (NBA) yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, günün yeganə qarşılaşmasında “Oklahoma-Siti Tander” evdə “Minnesota”nı qəbul edib.

Görüş meydan sahiblərinin 118:103 hesablı qələbəsi ilə yekunlaşıb.

Qalib komandanın bombardiri 38 xalla kanadalı müdafiəçi Şay Gilqeus-Aleksandr olub. Çet Holmqren 22, Caylen Uilliams 26 xal və 10 ribaundla yadda qalıb. Qonaqların ən məhsuldar oyunçusu isə 32 xal toplayan Entoni Edvard olub.

Xatırladaq ki, “Oklahoma-Siti Tander” seriyaya 2:0 hesabı ilə başçılıq edir. Komandalar arasında üçüncü oyun mayın 25-də “Minnesota”nın arenasında baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью