NBA oyununda baş verən insidentə görə 4 basketbolçu cəzalandırılıb

12.02.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 fevral, AZƏRTAC

ABŞ Milli Basketbol Assosiasiyasında (NBA) “Şarlot Hornets” - “Detroyt Pistons” oyununda baş verən insidentə görə 4 oyunçuya cəza verilib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, davada iştirak edən Ayzeya Stüart 7, Maylz Briks və Mussa Diabate hərəyə 4, Ceylen Düren isə 2 oyunluq diskvalifikasiya olunublar.

Hadisə matçın üçüncü hissəsində Ceylen Dürenlə Mussa Diabate arasında yaranan gərginlikdən sonra başlayıb və digər oyunçuların müdaxiləsi ilə böyüyüb. Nəticədə adıçəkilən oyunçular meydandan kənarlaşdırılıblar. Oyunun son hissəsində hakimə etiraz edən “Şarlott Hornets”in baş məşqçisi Çarlz Li də texniki zonadan qovulub.

Qeyd edək ki, görüş qonaqların 110:104 hesablı qələbəsi ilə başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью