Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 5 may, AZƏRTAC
ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) pley-off mərhələsinin II turunun oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, “Nyu-York Niks” “Filadelfiya” ilə qarşılaşıb. Görüş Nyu-York təmsilçisinin 137:98 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər matçda “Minnesota” gərgin keçən mübarizənin sonunda “San-Antonio Spörs”ü 104:102 hesabı ilə üstələyib.