Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Milli Basketbol Liqasında (NBA) ən çox qələbə qazanan ikinci məşqçi Don Nelson vəfat edib.
Futbolpress.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb. Nelson 86 yaşında dünyasını dəyişib.
Mütəxəssis “Milvaki Baks”, “Qolden Steyt Vorriors”, “Nyu York Niks”, “Dallas” kimi klublara rəhbərlik edib. O, 3 dəfə NBA çempionu olub.
Nelson məşqçi karyerasında 1335 qələbə qazanıb, 1063 dəfə uduzub.