Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 7 may, AZƏRTAC
ABŞ-nin Milli Basketbol Assosiasiyasının (NBA) pley-off mərhələsində II turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, “Nyu-York Niks” evdə “Filadelfiya”nı 108:102 hesabı ilə məğlub edib. Hazırda Nyu-York təmsilçisi seriyada 2:0 hesabı ilə öndədir. Komandalar arasında üçüncü görüş mayın 9-da “Filadelfiya”nın meydanında keçiriləcək.
Digər oyunda “San-Antonio Spörs” “Minnesota”nı 133:95 hesabı ilə darmadağın edib. Hazırda seriyada hesab 1:1-dir. Komandalar arasında üçüncü oyun mayın 9-da gerçəkləşəcək.