Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) “Detroit Pistons” klubunun basketbolçusu Keyd Kanninqem tarixi rekorda imza atıb.
İdman.Biz xəbər verir ki, “Washington Wizards”a qarşı keçirilən qarşılaşmada o, 52 xal toplayıb, 11 məhsuldar ötürmə və beş ribaundla yadda qalıb. Lakin onun əsas uğuru yalnız topladığı xallarda deyil.
Kanninqem bütün oyun ərzində bir dəfə də olsun top itkisinə yol verməyib. NBA tarixində top itkilərinin rəsmi qeydə alındığı 1977-1978-ci il mövsümündən bəri heç bir basketbolçu bir oyunda 50-dən çox xal, ən azı 10 məhsuldar ötürmə və sıfır top itkisi göstəricisinə nail olmamışdı.
“Detroit Pistons” iki əlavə vaxtın ardından rəqibini 144:140 hesabı ilə məğlub edib.
Beləliklə, Keyd Kanninqem NBA tarixində bu statistik göstəriciyə nail olan ilk basketbolçu kimi adını liqanın tarixinə yazdırıb.