NBA: Türkiyəli basketbolçunun komandası 3 cü pilləyə yüksəlib

11.02.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 11 fevral, AZƏRTAC

Ötən gecə ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) daha 4 oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə millisinin basketbolçusu Alpərən Şəngünün çıxış etdiyi “Hyuston Rokets” öz meydanında “Los-Anceles Klippers”i 102:95 hesabı ilə məğlub edib. Türkiyəli basketbolçu 22 xalla qələbədə əsas pay sahiblərindən biri olub. Bu nəticədən sonra Hyuston təmsilçisi Qərb Konfransında 3-cü pilləyə yüksəlib.

Digər oyunlarda isə “İndiana Peysers” “Nyu-York Niks”ə 137:134, “Finiks Sanz” “Dallas Maveriks”ə 120:111, “San-Antonio Spörs” isə “Los-Anceles Leykers”ə 136:108 hesabı ilə qalib gəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью