Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 3 fevral, AZƏRTAC
ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) daha 4 oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, Qərb konfransında türkiyəli basketbolçu Alpərən Şəngünün çıxış etdiyi “Hyuston Rokets” səfərdə “İndiana Peysers”lə qarşılaşıb. Görüş qonaqların 118:114 hesablı qələbəsi ilə başa çatıb. Hazırda “Hyuston Rokets” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Digər matçlarda “Şarlott Hornets” “Nyu Orleans Pelikans”ı 102:95, “Memfis Qrizzlis” “Minnesota”nı 137:128, “Filadelfiya” isə “Los-Anceles Klippers”i 128:113 hesabı ilə məğlub edib.