NBAda çıxış edən basketbolçu jurnalisti itələdiyinə görə cəzalanıb Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

06.11.2024

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Filadelfiya 76” klubunun basketbolçusu Coel Embid jurnalisti itələdiyinə görə cəzalanıb.

Basketbolçu hərəkətinə görə 3 oyunluq diskvalifikasiya edilib.

2023-ci ildə NBA-nın ən dəyərli oyunçusu seçilən C.Embidin belə hərəkətə yol verməsinə səbəb jurnalistin onun oğlu, mərhum qardaşı haqqında, həmçinin özünün fiziki durumu və peşəkarlığı ilə bağlı tənqidi yazısı olub.

Qeyd edək ki, hadisə şənbə günü klubun "Memfis Qrizzlis”ə 107:124 hesablı məğlubiyyətindən sonra baş verib.

///Report

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью