Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 14 yanvar, AZƏRTACABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.AZƏRTAC xəbər verir ki, basketbol azarkeşləri altı qarşılaşmaya şahidlik ediblər.
Qərb Konfransında “Oklahoma-Siti Tander”dən sonra ikinci yer uğrunda mübarizə aparan komandalar arasında keçirilən görüşdə “Hyuston Rokets” səfərdə “Memfis Qrizliz”ə 120:118 hesabı ilə qalib gəlib.
Qalib komandanın heyətində Ceylen Qrin 42 xal toplayaraq öz rekordunu yeniləyib, Türkiyə millisinin basketbolçusu Alperen Şengün 17 xal, 8 ribaund, Amen Tompson isə 19 xal və 13 ribaundla yadda qalıb.
Meydan sahiblərində isə Ca Morant 29, Desmond Beyn 22, Caren Cekson 17 xal toplayıb.Matçların nəticələri:"Minnesota Timbervolves" - "Vaşinqton Vizards" – 120:106"Qolden Steyt Uorriors" - “Toronto Raptors” – 101:104“Detroit Pistons” - “Nyu York Niks” – 124:119“Memfis Qrizliz” - “Hyuston Rokets” – 118:120"Mayami Hit" - “Los Anceles Klippers” – 98:109“San Antonio Spörs” - “Los-Anceles Leykers” – 126:102 Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.