NBC: İranın raket zərbəsi nəticəsində 8 ABŞ dəniz piyadası yaralanıb

28.09.2026

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın gəmiəleyhinə qanadlı raketlə zərbəsi nəticəsində 8 ABŞ dəniz piyadası yaralanıb.

Bu barədə “NBC News” üç ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə sentyabrın 14-də Hörmüz boğazında baş verib. İranın gəmiəleyhinə qanadlı raketi ABŞ hərbçilərinin olduğu gəmiyə zərbə endirib.

Yaralananlardan 7-si sıravi hərbçi, biri isə zabit olub. Məlumata görə, onların heç biri ağır yaralanmayıb və səkkiz hərbçinin hamısı hücumdan qısa müddət sonra xidmətə qayıdıb.

Qeyd olunur ki, hərbçilər batalyonun desant qrupunun tərkibində fəaliyyət göstəriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью