Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrail Baş naziri Binyamin Netanyahu seçkilərə təxminən iki ay qalmış İranla bağlı sensasion iddia irəli sürüb. O, oğullarından birinin Floridada İran tərəfindən hədəfə alındığını və sui-qəsd cəhdinə məruz qaldığını bildirib.
Sherg.az xəbər verir ki, Netanyahu hansı oğlunun hədəf olduğunu açıqlamayıb. ABŞ mediasında isə söhbətin onun 35 yaşlı oğlu Yair Netanyahudan getdiyi iddia olunur.
İddiaya görə, İsrail kəşfiyyatı Yairə qarşı plan barədə 2025-ci ilin dekabrında məlumat əldə edib və ona dərhal Floridanı tərk etmək tapşırılıb.
Netanyahunun açıqlaması İsraildə siyasi müzakirələri daha da qızışdırıb. Müxalifətin gücləndiyi və seçkilərin yaxınlaşdığı bir vaxtda baş nazirin İran təhlükəsini ön plana çıxarması diqqət çəkib.
Netanyahu həmçinin ailəsinə dövlət tərəfindən təhlükəsizlik təmin edilməsinin zəruri olduğunu müdafiə edib.