Prezident İlham Əliyevin sülh quruculuğu yüksək qiymətləndirildi ŞƏRH | Icma.az
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Zayed İnsan Qardaşlığı Mükafatı” təsadüf deyilBu gün Cənubi Qafqazda formalaşmış yeni siyasi reallıqların mərkəzində dayanan əsas amil Prezident İlham Əliyevin ardıcıl, prinsipial və uzaqgörən siyasətidir.
Onun rəhbərliyi ilə Azərbaycan təkcə uzun illər bölgəni gərginlikdə saxlayan Ermənistan-Azərbaycan münaqişəsinə son qoymadı, eyni zamanda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün fundamental əsaslar yaratdı.
Beynəlxalq hüquqa söykənən bu siyasət tarixi ədalətin bərpasını təmin etdi və regional sülh prosesinə mühüm töhfə verdi.
Məhz bu baxımdan Prezident İlham Əliyevin sülh quruculuğu sahəsindəki fəaliyyəti beynəlxalq miqyasda yüksək qiymətləndirilir.
Bu yüksək qiymətləndirmənin bariz nümunəsi olaraq Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondunun 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görməsi xüsusi əhəmiyyət daşıyır.
Bu mükafat qlobal sülhün irəlilədilməsinə verilən mühüm töhfə kimi dəyərləndirilir.
Qeyd edək ki, mükafat, fevralın 4-də Əbu-Dabidə keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq.
Tam oxu
Xəbəri oxu