Ndidi Beşiktaş ın portuqaliyalılarını təriflədi

11.06.2026

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

''Beşiktaş''ın nigeriyalı yarımmüdafiəçisi Uilfrid Ndidi Portuqaliya ilə yoxlama oyunundan öncə portuqaliyalı komanda yoldaşları Tyaqo Calo və Jota Silva haqda açıqlamalar verib.

Geridə qoyduğumuz mövsümdə ''ağ-qaralar''ın heyətində 25 oyuna çıxaraq 2 qol vuran 29 yaşlı Ndidi bunları deyib:

''Calo ilə Jota Silva həqiqətən çox yaxşı futbolçulardı. Mənim kiməsə oyunçu seçimi ilə bağlı göstəriş vermək ixtiyarım təbii ki, yoxdu. Amma bu portuqaliyalı gənclər çox səviyyəlidi. Məşqlərdə üzərlərində necə həvəslə çalışdıqlarını görürəm. Oyunlarda da istəkli və aqressivdilər. Fikrimcə, Portuqaliya yığmasında şans qazanmağa layiqdilər. Təəssüf ki, ''Beşiktaş''la ötən mövsüm çempion ola bilmədik. Mövsümboyu yüksək rəqabət səviyyəsi sərgiləyə bilmədik. Ona görə də hədəfimizdən kənarda qaldıq''.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью