Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ali təhsil ocağının Magistratura və doktorantura mərkəzində yazıçı, jurnalist, publisist, “Vətən” layihəsinin rəhbəri Aydın Tağıyev “Milli dəyərlər və vətəndaşlıq” layihəsi və onun əhəmiyyəti barədə tələbələrə maarifləndirici təlim keçib.
Bakıvaxtı.az-ın məlumatına görə, universitetin Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova “Vətən” layihəsinin cəmiyyət üçün əhəmiyyətindən bəhs edib.
Bu təşəbbüsün gənclərin vətənpərvərlik duyğularının inkişafına müsbət təsir etdiyini vurğulayıb.Təlimçi Aydın Tağıyev “Vətən” layihəsinin artıq üç ildir fəaliyyət göstərdiyini qeyd edərək, bu təşəbbüsün heç bir maddi mənfəət güdmədən vətənpərvər könüllülərin fədakarlığı sayəsində həyata keçirildiyini bildirib.
Layihənin əsas məqsədinin şəhidlərimizin əziz xatirəsini daim yaşatmaq, gələcək nəsillərə ötürmək və unudulmasının qarşısını almaq olduğunu vurğulayıb.
Həmçinin milli dəyərlərin qorunması, gənclərin vətəndaşlıq hisslərinin inkişaf etdirilməsi məsələlərindən söz açıb.
Təlim çərçivəsində gənclərlə milli kimlik, vətən sevgisi və vətəndaş məsuliyyəti mövzularında fikir mübadiləsi aparılıb.Bakı Xoreoqrafiya Akademiyasının Kitabxana İnformasiya mərkəzinin direktoru İradə Ağayeva milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsində kitabxanaların və maarifləndirmə işinin təşkilinin vacibliyini vurğulayıb.Təlim çərçivəsində universitetin Elmi Kitabxanasında yazıçı Aydın Tağıyevin vətənpərvərlik mövzusuna həsr olunan “Böyük Zəfərin 101 şəhidi”, “Fədakarlar Bir Amalın Uğrunda” və ilk dəfə Naxçıvan Dövlət Universitetində təqdim edilən fəlsəfi əsəri “Bir Milyon Zəkanın Şifrəsi” kitablarının təqdimatı olub.
Elmi Kitabxananın direktoru Xumar Məmmədova şəhidlərə dair kitabların universitetdə təqdim edilməsinin əhəmiyyətini vurğulayıb.