NDU İstanbul Universiteti ilə əməkdaşlıq edəcək

10.03.2025

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Naxçıvan Dövlət Universiteti (NDU) ilə İstanbul Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

NDU-nun mətbuat xidmətinin məlumatına görə, memorandum çərçivəsində universitetlər arasında magistratura səviyyəsində ikili diplom proqramlarının, birgə beynəlxalq layihələrin hazırlanması, müəllim və tələbə mobilliyi, elmi əməkdaşlıq istiqamətində razılığa gəlinib.

Qeyd edək ki, əsası 1453-cü ildə qoyulan İstanbul Universiteti Türkiyənin ilk və ən böyük universitetidir. Hazırda NDU ilə İstanbul Universiteti arasında memorandum çərçivəsində işçi qrupları ikili diplom proqramlarının hazırlanmasına dair işləri davam etdirir.

Səbuhi HƏSƏNOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью