Nə Arsenal , nə də Mançester Siti : Arda Güler qərarını verdi

16.10.2026

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Real Madrid"in yarımmüdafiəçisi Arda Güler komanda ilə yeni müqavilə imzalamağa razılıq verib. Tərəflər sözləşmənin müddətinin 2031-ci ilə qədər uzadılması barədə ortaq məxrəcə gəliblər.

"AzPolitika" xəbər verir ki, bu barədə məlumatı "TEAMtalk" nəşri yayıb.

Məlumata görə, Gülerin nümayəndələri bir neçə ay əvvəl "Arsenal" və "Mançester Siti" ilə danışıqlar aparsalar da, "Real" rəhbərliyi futbolçunu ona uzunmüddətli perspektivdə güvəndiklərinə inandırıb.

Yarımmüdafiəçi eyni zamanda baş məşqçi Joze Mourinyodan da dəstək alıb. Cari mövsümdə İspaniya çempionatı və UEFA Çempionlar Liqasında ümumilikdə doqquz oyuna çıxan türkiyəli ulduz, bir qol vurub və beş məhsuldar ötürmə ilə yadda qalıb.

"Transfermarkt" portalının mütəxəssisləri türkiyəli yarımmüdafiəçinin transfer dəyərini 100 milyon avro olaraq qiymətləndirirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью