Nə atan, nə anan, nə sevdiyin qadın... Malik Atilayın yeni şeirləri

28.03.2025

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Malik Atilayın yeni şeirlərini təqdim edir.

Divar saatı


Bağrı yarılanadək hürdü gecəboyu itlər
Bir kimsə çıxmadı çölə itləri kiritməyə
Kor kişinin evindəki
Divar saatı gördü hər şeyi
Pəncərə qabağında ərinin yolunu gözləyən qadının
Bir cüt baxışı qaldı əri gələn yolda
Bir cüt qanlı əl izi düşdü şüşəyə...

Üç-dörd fotoşəkil

Quşların qəfəsə girdiyi kimi
Ürəyinə qanad çalıb kədər girəndən sonra
Bir axşamüstü,
Damağında siqaret başa düşürsən
Bir axşamüstü,
Sonuncu ümidlərin də dəmir alır ürəyindən
Nə atan, nə anan,
Nə sevdiyin qadın,
Nə qardaşın, nə bacın
Kimsə tapılmır o saatda,
Axtarmır da kimsə səni
Səninlə oynayan uşaq böyüyəndən sonra
Evin küncündə unudulmuş oyuncaq ayı kimi
Üç-dörd xoş xatirə olursan,
Üç-dörd fotoşəkil.

"Sevgilim məndən xəbərsiz burnunu kəsdirib" - Şəhriyar del Gerani Çən güclüdür, yoxsa Qurğuşun? - Rahid Ulusel "Emil Quliyevin filminə ötürə-ötürə baxdım" - Sevda Sultanova
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью