Nə bəxtiyardır sülhməramlılar, çünki onlar Allahın övladları adlanacaqlar

08.08.2025

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-də səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan özünün "Facebook" səhifəsində maraqlı paylaşım edib. 


Missiya.Az xəbər verir ki, Baş nazir İncil kitabından ayə paylaşıb və paylaşımda vurğulanır:

"Sülhməramlılar nə bəxtiyardırlar, çünki onlar Allahın övladları adlanacaqlar". 

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Nikol Paşinyan və Donald Tramp arasında görüş Vaşinqton vaxtı ilə saat 14:30-a təyin edilib. 

Vaşinqton görüşünün nəticəsi olaraq Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birgə Bəyannamə imzalanacağı gözlənilir.

Nurlana Əhmədova
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью