Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Burda eksponatlar qapalı zallarda deyil, birbaşa təbiət qoynunda, açıq havada nümayiş etdirilir. Bu isə ziyarətçilərə bölgənin tarixi abidələri ilə canlı şəkildə tanış olmaq imkanı yaradır.
Söhbət Karakoyunlu Koçbaşlı Açıq Hava Muzeyindən gedir. Açıq səma altındakı mədəniyyət və tarix muzeyi Türkiyənin İğdır şəhərinin Karakoyunlu rayonunda, İğdır mərkəzindən təxminən 15 kilometr şimal-şərqdə yerləşir.
Muzeydə əsasən Qaraqoyunlu dövrünə aid qoç və at formasında hazırlanmış qədim daş məzar daşları (koçbaşlı mezar taşları) nümayış olunur.
Bu daşlar Qaraqoyunlu türklərində igid, cəsur şəxslərin, qəhrəmanların və gənc yaşda həyatını itirənlərin xatirəsinə ucaldılıb. Qoç və at fiqurları Orta Asiya türk mədəniyyətində güc, qorxmazlıq, liderlik və köçəri həyat tərzinin rəmzidir.
Ağır bazalt daşlarından yontulan bu abidələr 1991-ci ildə Erzurum Mədəni və Təbii Varlıqları Qoruma Kurulu tərəfindən rəsmi olaraq mühafizə altına alınıb. Ən çox koçbaşlı məzar daşları Aşağıerhacı, Bayraktutan, Çakırtaş, Küllük və Yaycı kəndlərində aşkarlanıb.
Bakıvaxtı.az muzeydən fotoreportajı təqdim edir.
Qalib