Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aktrisa Zümrüd Qasımova cavan qalma sirrini açıqlayıb.
Axşam.az xəbər verir ki, sənətçi üzünə botoks və başqa iynəli prosedurlar etdirmədiyini açıqlayıb. O, təbii gözəlliyə üstünlük verdiyini vurğulayıb:
“Nə filtr, nə botoks, nə də üzümə hər hansı iynə müdaxiləsi... Gözəlliyin yalnız iynələrdə və süni toxunuşlarda olduğuna inanmıram. Məhz buna görə də seçimimi əl masajından yana etdim.
Bu masaj mənə həm rahatlıq verdi, həm limfa axınının dəstəklənməsinə, ödemin azalmasına kömək etdi, həm də üzümə daha təravətli görünüş bəxş etdi.
Mənim üçün gözəllik özünə qayğı göstərməkdir, özünü dəyişmək yox. Təbii qalmaq, özünü sevmək və illərlə barışıq içində gözəlləşmək...
Çünki ən gözəl filtr insanın öz təbiiliyidir!”.