Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Türkiyə və İsrail mediasında qarşı tərəfin ərazi iddiaları barədə yayılan təsəvvürlərin həqiqəti əks etdirmədiyini bildirib.
Modern.az xəbər verir ki, Türkiyə mediası amerikalı diplomatın bu mövzuda açıqlamasını yayıb.
“Səhər Təl-Əvivdə qəzeti açanda «Osmanlı imperiyası 2.0» xəritəsini görürsünüz. İstanbulda isə qəzeti açanda "Böyük İsrail" barədə iddialarla qarşılaşırsınız. Biz bunların heç birinin həqiqət olduğuna inanmırıq”, – Barrak bildirib.
Diplomat Dohada keçirilən tədbirdə də oxşar fikirlər səsləndirib. O, bu cür təsəvvürlərin mühüm hissəsinin konkret faktlardan daha çox siyasi ritorika ilə bağlı olduğunu deyib, region ölkələri arasında əməkdaşlığın vacibliyini vurğulayıb.