“Nə çəkibsə, əcəb eləyib” Fərhad Mehdiyev

18.06.2026

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağrını başa düşmək olmur, onu ancaq hiss etmək olur, əgər o ağrını yaşayırsansa. Allah heç kəsə yaşatmasın.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bunu tanınmış vəkil Fərhad Mehdiyev qızı Zəhra Mehdizadənin yol qəzasında ölümü ilə bağlı bildirib.

O bildirib ki, qəzaya səbəb olan sürücünün günahkar olub-olmaması araşdırmalardan sonra aydınlaşacaq:

"Ağ rəngli "Mercedes"in sürücüsünün təqsiri barəsində indi bunları demək mümkündür: yayılan videodan tam məlum olmadığına görə, sürücünün dayanması ilə qəzanın arasında keçən zamana baxılmalıdır, əgər sürücünün tədbir almağa vaxtı olmayıbsa, - o bagajını açmalı idi və avtomobilin arxasında xəbəredici işarə qoymalı idi. Bundan başqa, onun avtomobilində olan nasazlıq təxmin oluna bilən nasazlıq olmayıbsa, o təqsirli sayılmayacaq.

Yox əgər sürücü avtomobilində olan nasazlıq haqda məlumatlı olubsa - bunu da ekspertiza müəyyən edir, belə halda yolun sol tərəfi ilə sürə bilməzdi və sağ tərəfdən sürülməli idi, üstəlik avtomobil dayandıqdan dərhal sonra sürücü arxaya keçərək 20 metrə arxadan xəbərdaredici nişan yerləşdirməyibsə, o zaman təqsirli sayılmalıdır".
Tanınmış vəkilin sözlərinə görə, mərhum qızı aktrisa, model olmağa çalışırdı:

"Mən o seçimini dəstəkləmirdim. Bunla bağlı nə videolar çəkibsə, yaxşı, əcəb eləyib. 17 yaşı vardı, çox yaradıcı idi. Kaş yaşayardı, çəkməyə davam edərdi, daha çox çəkərdi. Bəzi insanlar saxta əxlaq yanaşmaları qoyaraq onu qınamağa çalışsalar da, yazdıqları çox cılızdır və yazı sahibinin insanlıq, empatiya və vicdan hissindən mərhum olduqlarını göstərir".

Qeyd edək ki, F.Mehdiyevin qızı iyunun 16-da Bakı-Sumqayıt yolunda baş verən yol qəzası nəticəsində ölüb.
Zəhra Mehdizadənin idarə etdiyi motosiklet "Mercedes" markalı avtomobillə toqquşub. Xəsarət alan qızın həyatını xilas etmək mümkün olmayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью