Nə əkiblərsə, onu da biçirlər Zaxarovadan Qərbə sərt mesaj

08.07.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb ölkələrinin Ukrayna siyasətini sərt şəkildə tənqid edib.

Redaktor.az xəbər verir ki, bu barədə Mariya Zaxarova "Sputnik" radiosuna müsahibəsində bildirib.

Zaxarova qeyd edib ki, Qərbin dəstəklədiyi Kiyev hakimiyyəti gələcəkdə öz himayədarlarına qarşı yönələ bilər. Onun sözlərinə görə, Qərb ölkələri hazırda Ukraynada formalaşan siyasi proseslərin nəticələri ilə üzləşirlər.

Diplomat fikirlərini əsaslandırarkən Ukraynanın "Mirotvorets" saytında Polşa rəhbərliyinin nümayəndələrinin qeyd olunmasını nümunə göstərib. O bildirib ki, bu hadisə Qərbin dəstəklədiyi qüvvələrlə bağlı yaranan problemlərin ilk nümunəsi deyil.

Zaxarova vurğulayıb ki, Qərb dövlətləri mövcud vəziyyətin yaranmasında öz siyasətləri ilə rol oynayıblar və "nə əkiblərsə, onu da biçirlər" ifadəsini işlədib.

Qeyd edək ki, son günlər Polşa Baş naziri Donald Tuskun rəhbərlik etdiyi partiyanın mərkəz-sağçı deputatları Avropa Parlamentində Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid edən mövqenin Kiyevin Avropa İttifaqına üzvlük müraciəti ilə bağlı illik hesabatda əks etdirilməsini tələb ediblər.

Məsələ ilə bağlı səsvermənin iyulun 8-də keçiriləcəyi gözlənilir.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью