News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son günlər daha çox gündəmdə olan mövzulardan biri də həyat yoldaşını işləməyə qoymayan kişinin əməkhaqqının bir hissəsinin qadının pensiya fonduna keçirilməsi ilə bağlıdır.Belə ki, bu barədə Milli Məclisin deputatı Mübariz Qurbanlı fikir bildirib.Millət vəkili qeyd edib ki, həyat yoldaşını işləməyə qoymayan kişinin əməkhaqqının bir hissəsinin qadının pensiya fonduna keçirilməsi qanuniləşdirilə bilər.Onun sözlərinə görə, bu yanaşmaya heç kim etiraz etməməlidir:"Elə kişilər var ki, ailə quranda qadına işləməyə icazə vermirlər.
Bu kimi hallar təqaüd məsələsinə də təsir göstərə bilər. Belə hallarda kişinin əməkhaqqının bir hissəsi qadının pensiya fonduna keçirilə bil
Məsələni bu yolla qanuniləşdirmək olar. Buna heç kim etiraz etməməlidir, çünki kişinin özü qadını işləməyə qoymayıb".Qeyd edək ki, bu məsələ
Bu təsbit məsələsi yəqin ki, ailələr arasında sorğu yolu ilə müəyyən edilə bilər. Burada variantlardan biri bu ola bilər.
Əgər bir neçə formada sorğu keçirilərsə, həmin sorğuların nəticəsində, hətta ailədə əlverişli tərəflərdən birinin müəyyən mənada etiraf etmədiyi məqamları belə, bu yollarla üzə çıxartmaq mümkündür.
Yəni sadəcə keyfiyyətli sorğu metodologiyası hazırlamaq olar.
Ancaq indiki halda mən bunun necə tənzimlənəcəyi ilə bağlı hansı yanaşmanın hökumətdə olduğunu bilmirəm.