“Nə həyatdan doydun, nə bizdən“

05.09.2026

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal onunla bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, Röyal mərhum həyat yoldaşı ilə birlikdə çəkdirdiyi fotoları sosial media hesabında yayımlayaraq bu sözləri yazıb:

“Ömür gün yoldaşım, nə həyatdan doydun, nə bizdən. Mən də bir tək səndən doya bilmədim”.

Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью