Nə işiniz var ailəli qadınla? Elgiz kişilərə əsəbiləşdi

19.01.2025

Icma.az bildirir, Axsham.az portalına istinadən.

"Necə ailənə, anana, bacına hörmət edirsənsə, başqasının da ailəsinə elə baxmalısan. Cavan qızdır, geyinib, sənin onunla nə işin var?".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər verilişində danışıb. Aparıcı kişilərə səslənərək, evli qadınlarla münasibət quranları tənqid edib:

"Bilə-bilə bu insanın ailəsi var, layiqsiz hərəkətlərini edirsənsə, bu millətdən deyilsən. Ən axırıncı adamsan. Ailə dağıdıb, uşağı gözüyaşlı qoyursan. Bəzən qadının iradəsi zəif olur. Qımıldayır... Bunun axırı cinayıt hadisəsi, ailə dağılmasıdır. Dünya doludur qızla. Nə işiniz var ailəli qadınla? Elə kişiyə cəmiyyətdə hörmət olmaz. Çirki silib təmizləmək üçün istifadə edilən parçaya "cındır" deyilir. Bu ədəbi sözdür. Siz də həmin zibili təmizləyən parçasınız".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью