Nə ixtiyarla mənə bunu edirsən?

07.05.2025

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

"Önəmli məclisdəyəm. Bir nəfər dayanmadan zəng edir. Telefonu bağlayıram, yenə yığır. Görürsən ki, cavab vermədim, niyə yığırsan? 3, 4, 5 dəfə yığır. Nə ixtiyarla məni narahat edirsən? Sənə bu ixtiyarı kim verib?".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər verilişində deyib. Aparıcı bir çox insanın ona zəng edərək, müğənnilərin telefon nömrəsini istəməsinə əsəbiləşdiyini bildirib:

"Adamın yanında tərbiyəsiz görünmək istəmirəm, telefonu götürüb nəzakətlə danışıram. Qayıdasan ki, filan müğənninin nömrəsini ver. Necə əsəb oldumsa, tir-tir əsirdim. Mən sənin üçün kiməm, niyə nömrə verim? Məndən inciməsin, bundan sonra kim belə etsə, efirdə deyəcəyəm. Bu, böyük ədəbsizlikdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью