Nə mən, nə də həkimim burnumun nə vaxt sağalacağını bilmirik

09.09.2026

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məşhur müğənni Murat Dalkılıç burun əməliyyatı ilə bağlı diqqət çəkən açıqlamalar verib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 13-cü burun əməliyyatı keçirdiyini bildirən Dalkılıç yaşadığı sağlamlıq problemlərinin həm fiziki, həm də psixoloji cəhətdən ağır olduğunu ifadə edib. 

"Nə mən, nə də həkimim burnumun nə vaxt sağalacağını bilmirik. Ruhi sağlamlığımı qorumağa çalışıram", - deyə məşhur müğənni bildirib. 

Onun sözlərinə görə, burun sümüklərinin xaricə doğru böyüməsinin qarşısını almaq üçün məktəbli ikən ilk əməliyyatını keçirib, lakin uğursuz əməliyyat səbəbindən burnundakı bütün qığırdaq toxuması çıxarılıb. 

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью